Əsas

ZARA BAKI MAĞAZASI AÇILIR

19 noyabr 2011-ci il tarixində Nərgiz Qallereyada (Bakı, Fontanlar Meydanı) ilk ZARA mağazası açılacaq.

ZARA dünyanın ən böyük pərakəndə dəb şirkətlərindən biri olan Inditex-ə (Indistria de Diseño Textil) aiddir ki, o da dünyanın 78 ölkəsində 5000-dən artıq mağazaya sahibdir.

Alhokair Fashion Retail şirkəti Yaxın Şərq və Şimali Afrika regionunda bazarda lider mövqeyə malikdir və Azərbaycanda özünün yerli tərəfdaşı Retail Group Azərbaycan şirkəti ilə birlikdə ZARA-nın françayzeridir.
Retail Group Azərbaycan geyim və aksesuar sahəsində Azərbaycanda fəaliyyət göstərən pərakəndə şirkətdir. Alhokair Fashion Retail və RGA işbirliyi yerli bazarda pərakəndə təcrübə və biliklərin yüksək səviyyəli sintezidir.

ZARA Bakı mağazası üçün ən uyğun yer olaraq Fontanlar Meydanı seçildi.

ZARA Bakı mağazası tamamilə yeni, ZARA mağazalarına xas beşinci nəsil dizayn konsepti ilə dizayn olunmuşdur. Buradakı xüsusi atmosfer bütün müştərilərdə xoş alış-veriş təəssüratı yaradır. ZARA-nın yüksək keyfiyyətli xidməti sayəsində onlar özlərini dəyərli hiss edirlər. Malların çeşidi, ehtiyatı, qiymətləri və xidmət eynilə Avropa mağazalarında olduğu kimidir və brendin baş ofisi tərəfindən tənzimlənir. ZARA Bakı mağazası qadınlar, uşaqlar və kişilər üçün geyim və aksesuarlar təqdim edir.

ZARA BRENDİNİN TƏRCÜMEYİ-HALI
1975-ci ildə İspaniyanın Qalisiya bölgəsində açılan Zara dünyanın ən məhsuldar pərakəndə dəb şirkətlərindən birinə çevrildi.

Brend bazarda keyfiyyətli, yüksək səviyyəli və sərfəli qiymətli mallara olan tələbatı ödəyə bildi. Brendin konsepsiyası uğur qazandı və daha da irəlilədi. Şirkət bütün kapitalını istehsala qoydu, reklama isə, heç bir kapital qoyulmadı. Şirkət öz rəqiblərinə nisbətən beş dəfə artıq geyim istehsal edirdi və Avropa xaricində az sayda fabriklər qurmuşdu.

* Zara Amancio Ortega və Rosalía Mera tərəfindən yaradılmışdır. Onlar cəmi beş il ərzində beynəlxalq miqyasda genişlənməyə nail oldular və bu da 70-dən çox ölkədə fəaliyyətlə nəticələndi.
* Hər il Zara 11000 unikal geyim istehsal edir. Yaxşı satılmayan mallar inventardan çıxarılır, satılanlar isə, hər mövsüm təkrarlanır.
* Bir malın dizayn mərhələsindən pərakəndə satış məntəqəsinə gedib çatması bir ay çəkir ki, bu da dəyişkən tendensiyalarda Zaranın daim aktual qalmasını təmin edir.
* 2010-cu ildə müştərilərin tələbatına cavab olaraq Avropa, Asiya və ABŞ-da brendin onlayn alış-verişi başladı.
* Zara 2011-ci ildə Azərbaycan bazarına da daxil oldu və Bakı şəhərində Nərgiz Qalereyasında fəaliyyətə başlayacaq.